“Atletiko Madrid” "Fənərbaxça"nın istədiyi Qrizmannı su qiymətinə əldən verdi

“Atletiko Madrid”in futbolçusu Antuan Qrizmann klubdan getmək istəyir.

Metbuat.az xəbər verir ki, ona bir sıra klublardan təkliflər olduğu bildirilir. İspaniya mətbuatının məlumatına görə, Antuan Qrizmannın müqaviləsində 15 milyonluq sərbəst qalma məbləği olduğu irəli sürülür. MLS və Premyer Liqa komandalarının Antuan Qrizmannın sərbəst qalma məbləğini ödəyərək transfer etmək istədiyi deyilir. Məbləğin az olması isə “Atletiko Madrid” qane etmir. Premyer Liqa klublarının iddialı təkliflərinə baxmayaraq, MLS klublarının yüksək maaş təklifi futbolçunun marağına səbəb olub. MLS klubları ulduz futbolçuya 2+1 illik müqavilə təklif edib.

Qrizmannın AVRO-2024-dən sonra Amerika komandası ilə müqavilə imzalayacağı bildirilib. Ötən mövsüm Madrid təmsilçisi ilə 48 matçda forma geyinən 33 yaşlı ulduz 24 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Qrizmannla "Fənərbaxça" klubunun da maraqlandığı barədə iddialar dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı