"Fənərbağça" Ferdinin yerinə ingilis futbolçunu gətirir - FOTO

"Fənərbağça" klubdan ayrılması gözlənilən Ferdi Kadıoğlunun mövqeyi üçün transfer axtarışlarını davam etdirir.

Metbuat.az bildirir ki, komandanın siyahıya əlavə etdiyi son futbolçu isə Belçikanın "Gent" klubunda forma geyinən İngiltərəli Arkye Broundur. Bu barədə Belçika mediası yazır. Məlumata görə, İstanbul təmsilçisi 22 yaşlı futbolçunun keçidi ilə bağlı artıq "Gent"lə təmasa keçib.

Qeyd edək ki, ötən il "Gent"ə transfer olunan və 4 illik müqavilə bağlayan Arkye Broun müdafiənin solunda və mərkəzdə oynaya bilir. O, İngiltərənin U-20 millisində də forma geyinir.

Xatırladaq ki, türk futbolçu Ferdi Kadıoğlunun İstanbul klubundan ayrılması demək olar dəqiqləşib. Məşhur insayder Fabrizio Romanonun yaydığı məlumata görə, oyunçu İngiltərənin "Brayton" klubu ilə anlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR