Arda "Real"a şərt irəli sürdü

İspaniya mətbuatı "Real Madrid"də çıxış edən Arda Güler haqqında yeni iddia ortaya atıb.

Metbuat.az xəbər verir ki, Karlo Ançelottidən gözlədiyi oyun müddətini ala bilməyən və ehtiyatda qalmaq istəməyən Ardanın Madrid rəhbərliyindən ayrılmağı tələb edə biləcəyi irəli sürülüb. “Real Madrid Confidencial”da yer alan xəbərə görə, Arda ilə yanaşı Brahim Diaz da heyətə gec-gec düşdüyünə görə narazıdır. İddialara görə, hər iki futbolçu klubdan getmək istəyir.

Qeyd edək ki, “Atalanta” ilə Superkubok oyununda Arda Güler 88-ci dəqiqədə meydana daxil olmuşdu. “Real” kuboku qazanandan sonra Arda kubokla foto çəkdirmək istəməmişdi. Modriçin müdaxiləsindən sonra Arda şəkil çəkməyə razı olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı