“Fənərbaxça” liderliyə yüksəldi

Türkiyə Superliqasında 4-cü tura start verilib.

Metbuat.az xəbər verir ki, turun açılış matçında “Fənərbaxça” öz meydanında “Alanyaspor”u qəbul edib. Görüş İstanbul klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Fənərbaxça” turnir cədvəlində liderliyi ələ keçirib. “Alanyaspor” isə 2 xalla 19 komanda arasında 15-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR