Bu ölkədə şagirdlərin telefondan istifadəsi qadağan edildi

Hollandiyada ibtidai məktəblərdə, liseylərdə smartfonlardan istifadə şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi üçün qadağan edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Təhsil Nazirliyi ibtidai siniflərdə dərs zamanı smartfonlardan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.

Bildirilib ki, smartfonlardan yalnız müvafiq kurslarda tədris məqsədləri üçün və ya sağlamlıq problemi olduğu hallarda istifadə etməyə icazə veriləcək.

Qeyd edək ki, daha əvvəl Yunanıstan, İtaliya və Belçikanın fransız dilli bölgələrində tətbiq edilən qadağanın Almaniyada da gündəmə gətirilməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı