Türk futbolçuya böyük təklif - İngiltərə klubu hərəkətə keçdi

"İnter" forması ilə böyük uğurlar qazanan Hakan Çalhanoğlu üçün yeni transfer iddiası ortaya atılıb.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib. “İnterlive.it”in xəbərinə görə, növbəti transfer vaxtında İngiltərə klubu futbolçuya ciddi məvacibi olan müqavilə təklif edəcək. Bildirilir ki, Kazemiro uğursuz çıxış etdiyi üçün klub həmin mövqeyə yeni futbolçu transfer etmək istəyir. Xəbərdə İngiltərə komandasının 50 milyon avro aralığında təklif edəcəyi vurğulansa da, “İnter”in daha yüksək məbləğ tələb etdiyi qeyd edilir.

Qeyd edək ki, Hakan Çalhanoğlu daha əvvəl "Bavariya"nın təklifini rədd edib. Ötən mövsüm “İnter”lə 40 matça çıxan futbolçu, 15 qol vurub və 3 məhsuldar edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR