"Fənərbaxça"da sürpriz ayrılıq - İstefa verdi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun texniki heyətində yer alan Mişel Salzarulo komandadan ayrılıb.

Metbuat.az xəbər verir ki, Joze Mourinyonun texniki komandasında rəqib və matçın təhlili mütəxəssisi olan Mişel Salzarulo "Roma"nın yeni baş məşqçisi İvan Juricin komandasına qoşulmaq üçün "Fənərbaxça"dan ayrılıb. Xorvatiyalı məşqçi iki il "Hellas Verona"da birlikdə çalışdığı Mişel Salzarulonun geri qayıtmasını istəyib. Təcrübəli matç analitiki olan Salzarulo əvvəllər Joze Mourinyonun “Roma” işlədiyi müddətdə üç il İtaliya paytaxtında çalışıb. “Roma” klubunun məlumatına görə, “Fənərbaxça”da Analiz Meneceri vəzifəsini qəbul edərək ilk dəfə xaricdə işləyən Salzarulo vətəninə qayıdıb.

Məlumata görə, Romaya qayıtmaq və Juric ilə yenidən işləmək fürsəti onun qayıtmaq qərarında həlledici olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı