Qurbanov “Malmö” ilə oyundan danışdı

“Gərgin və maraqlı oyun alındı”.

Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VIII turunda doğma meydanda “Sabah"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, qələbəyə görə futbolçularını təbrik edib: "Azarkeşlər üçün gərgin və maraqlı oyun alındı. Çox vacib qalibiyyət idi. Çox yaxşı, istəkli, yüksək səviyyədə təşkilatlanmış komandaya qarşı oynayırdıq. Hər iki komandanın azarkeşlərinə təşəkkürümü bildirirəm”.

Baş məşqçi UEFA Avropa Liqasının həm I turunda “Tottenhem”lə keçirilən oyunu dəyərləndirib, həm də, “Malmö” ilə qarşıdakı matçla bağlı gözləntilərini bölüşüb: “Rəqibin “Tottenhem” və ya “Malmö” olmasından asılı olmayaraq, azarkeşlər bizdən qələbə gözləyirlər. Bu, bizə həm motivasiya verir, həm də həyəcan gətirir. Belə sıx qrafikdə komandanı optimal formada saxlamaq çox çətindir. Çox uzun, yorğun səfərimiz oldu. Bu da idmançının normal performansda qalması üçün böyük zərbədir. Bəlkə başqa çatışmazlıqlarımız ola bilər. Böyük nəticə üçün çətinliklərə dözməliyik. Çalışacağıq ki, komandanı “Malmö” ilə oyuna hazırlayaq. Yaxşı oyunla, yaxşı nəticə istəyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı