AFFA bu klubları cərimələdi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Metbuat.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul edilib:

Azərbaycan Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);

Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);

Azərbaycan Premyer Liqasının VIII turunun “Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilir (maddə 37);

Azərbaycan Premyer Liqasının VIII turunun “Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir (maddə 37);


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı