Tuxel baş məşqçi gətirilir - İngiltərə tarixində ilk

İngiltərə tarixində milli komandanı ilk dəfə alman baş məşqçi idarə edə bilər.

Metbuat.az xəbər verir ki, İngiltərə millisi Millətlər Liqasında Yunanıstana məğlub olduqdan sonra ölkənin futbol federasiyası hərəkətə keçib.

"Bild"in məlumatına görə, İngiltərə Futbol Federasiyası alman baş məşqçi Tomas Tuxel ilə danışıqlar aparır.

İngiltərə Tuxel ilə razılığa gələrsə, alman baş məşqçi tarixə düşəcək. Belə ki, danışıqlar rəsmiləşərsə, Tuxel İngiltərə milli komandasının tarixində ilk alman baş məşqçi olacaq.

Qeyd edək ki, "Borussiya Dortmund", "Paris Sen-Jermen" və "Çelsi" kimi klublarda çalışmış 51 yaşlı Tomas Tuxel son olaraq keçən mövsüm "Bayern Münhen"də işləyib.

Xatırladaq ki, İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt Avropa Çempionatını uduzduqdan sonra 16 iyulda vəzifəsindən ayrılmışıb. Sautqeytin ardından milli komandanın müvəqqəti baş məşqçisi Li Karsliyə həvalə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR