“Real Madrid” - “Xetafe” matçında Arda Güler və Kilian Mbappe arasında olan epizod müzakirə edilib.
Metbuat.az xəbər verir ki, 74-cü dəqiqədə “Real Madrid”in hücumunda topu qəbul edən Arda Güler onu Mbappenin qaçış istiqamətinə ötürüb. Qapıçı ilə üzbəüz dayanan ulduz futbolçu fərqlənə bilməyib. 90+5 ci dəqiqədə cərimə meydançasının ətrafında topu qəbul edən fransız ulduz topu Arda Gülerə verib və qapı istiqamətində qaçıb. Arda ötürmə ilə Mbappeni növbəti dəfə qapıçı ilə qarşı-qarşıya qoysa da, fransız ulduz bu topu da çölə göndərib. Arda bu anlara emosional reaksiya verib.
Qeyd edək ki, İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Real Madrid” "Xetafe"ni qəbul 2:0 hesabı ilə məğlub edib. “Real” xallarını 33-ə çatdırıb və lider “Barselona” ilə xal fərqini 1-ə endirib. “Real”ın ehtiyatda bir oyunu var. Madrid təmsilçisinin qollarına Jude Bellingham və Kilian Mbappe imza atıb.