"Qalatasaray" Viktor Osimhenin transfer ilə bağlı böyük irəliləyiş əldə edib.
Metbuat.az xəbər verir ki, Türkiyə klubu Osimheni transfer etmək üçün “Napoli”nin tələb etdiyi 66 milyon avronu toplamaq layihəsi ilə bağlı işləri yekunlaşdırmaq üzrədir. İddialara görə, transfer məbləği layihələrin və sponsorların dəstəyi ilə tamamlanacaq. Türkiyə mənbələrinin məlumatına görə, "Qalatasaray" bundan əvvəlki layihələrdən əldə etdiyi 25 milyon avronu futbolçu üçün ilkin ödəniş edəcək. Qalan yerdə qalan 41 milyon avro isə hissələr formasında “Napoli”yə ödəniləcək.
İddialara görə, “Napoli” Viktor Osimhenin transferi ilə bağlı təkcə “Qalatasaray”a güzəşt edib. Digər klublar futbolçunu transfer etmək üçün 66 milyon avro deyil, 75 milyon avro ödəməlidir. Qeyd edək ki, nigeriyalı superulduz Viktor Osimhen "Qalatasaray"ın heyətində 13 matçda 10 qola imza atıb, 5 məhsuldar ötürmə edib. Futbolçunun xidmətində bir sıra Avropa klublarının maraqlı olduğu irəli sürülür.