Litvada nüvə silahlarının yerləşdirilməsi ciddi gərginliyə səbəb olacaq.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Peskov Litvanın konstitusiyasındakı nüvə silahlarına qoyulan qadağanı aradan qaldırmaq planlarını şərh edib. Məlumata görə, Kreml sözçüsü belə bir addımın Rusiyaya qarşı yönələcəyini ehtimal etdiklərini deyib. Peskovun sözlərinə görə, Litva ərazisində Rusiyaya qarşı nüvə silahlarının yerləşdirilməsi halında ölkə Rusiya nüvə silahlarının hədəfinə çevrilə bilər. O, bunun vəziyyəti ciddi şəkildə gərginləşdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Litva hakimiyyəti ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə dair mövcud qadağanın dəyişdirilməsi imkanlarını müzakirə edir.