Astroloqların proqnozlarına görə, noyabrın son günləri bəzi bürclər üçün maddi uğurlarla yadda qala bilər.

Metbuat.az xəbər verir ki, iki bürc dekabr ayı başlamadan ciddi qazanc əldə etmək şansı qazanacaq.

Əqrəb

Əqrəblər üçün noyabrın sonuna doğru maddi vəziyyətdə müsbət dəyişikliklər gözlənilir. Uzun müddətdir üzərində çalışdıqları layihə uğurla nəticələnə və onlara yaxşı qazanc gətirə bilər. Bonus və ya əvvəlki investisiyadan gəlir əldə etmək ehtimalları da var.

Buğa

Buğalar da ayın son günlərində maliyyə baxımından şanslı olacaq. Yeni gəlir mənbəyi və ya sərfəli iş təklifi onların büdcəsinə müsbət təsir göstərə bilər. Daşınmaz əmlak və maliyyə əməliyyatlarından qazanc əldə etmək imkanları da gündəmə gələ bilər.