Polis yenə qaradəriliyə atəş açdı

Polis yenə qaradəriliyə atəş açdı
12:21 22 Yanvar 2015
182 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının Nyu Cersi ştatında polis qaradərili vətəndaş arasında yeni gərginlik meydana çıxıb.
Belə ki, qaradərili vətəndaşa atəş açılıb.

Hadisə Bricton şəhərində baş verib. Yol patrul xidmətinin əməkdaşları sürücünü saxladıqdan sonra avtomobildə axtarış aparmağa cəhd göstəriblər. Polislərdən biri avtomobilin saxlanc yerində silah aşkarladığını deyib.

O, sürücüdən əllərini qaldırmasını və tərpənməməsini istəyib. Sürücü əlləri yuxarıda çölə çıxmağa çalışarkən isə, polis atəş açaraq onu öldürüb.

Cinayət faktı Amerikada yenidən irqi zəmində zorakılıqlara yol aça bilər.

Son zamanlar Amerikanın qaradərili vətəndaşları arasında polis zorakılıqlarına qarşı etiraz dalğası müşahidə olunur. Buna səbəb isə bir birinin ardınca bir necə qaradərilinin polis zorakılığına məruz qalması və öldürülməsi olub.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR