“Yoldaşım deyir, uşaqlara da vaxt ayır”

“Yoldaşım deyir, uşaqlara da vaxt ayır”
17:01 23 Yanvar 2015
185 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Gülyanaq Məmmədova 2015-ci ilə olan planlarını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı ən böyük arzusunu məhz bu il reallaşdıracağını deyib:

“Sənətə gələn gündən niyyət etmişdim ki, ən yüksək yerə çatım, xalq artisti adını alım, Şəkidə konsert verəcəm. Artıq o səviyyəyə çatmışam. Bu ilin yazında kəndimizdə konsertim olacaq. 2015-ci ilə çox planımız var. Fevralın sonunda Muğam Mərkəzində tələbələrimlə, payızda isə bacım Gülyazla birlikdə Heydər Əliyev Sarayında solo konsertimiz olacaq”.

“Leyli və Məcnun” operasına hazırlaşan G.Məmmədova həyat yoldaşının ona tutduğu iradlardan danışıb:

“Xalq artistimiz Mənsum İbrahimovla birlikdə bu opera üzərində çalışırıq. Bütün günüm ona gedir. Fevralın 7-də nümayiş olacaq. Səhər çıxıb, gecə gəlirəm. Uşaqlarıma vaxt ayıra bilmirəm. Hətta müəllimələrindən haqlı şikayətlər də almışam. Uşaqlar dərslərində geridir. Onlarla məşğul ola bilmirəm. Həyat yoldaşım deyir ki, vaxt edib uşaqlara da bax. Amma çox üstümə getmir. Sənətdə mənə hamıdan çox o dəstək olur. Bu tamaşanın afişalarının hazırlanmasında, gedib onları götürməkdə mənə kömək edib. Deyir ki, səni gözəl Leyli kimi görmək istəyirəm, özünə fikir ver”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR