İsrail İordaniya ilə sərhədini hasarla bağlamaq niyyətindədir

İsrail İordaniya ilə sərhədini hasarla bağlamaq niyyətindədir
17:33 7 Sentyabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+


Əmman, 7 sentyabr, AZƏRTAC
İordaniyanın PETRA informasiya agentliyi İsrail radiosuna istinadla xəbər verir ki, rəsmi Təl-Əviv İordaniya ilə sərhədini hasarla bağlamaq niyyətini açıqlayıb.
İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin hər həftə keçirilən iclasında bəyan edib ki, İordaniya ilə sərhəddə hasar İsrailin cənubundakı Eylat şəhərindən şimaldakı Timna vilayətinədək uzanacaq. Colan yüksəklikləri regionuna qədər İordaniya ilə sərhəd boyunca təhlükəsizlik hasarı çəkmək planlaşdırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israil_Iordaniya_ile_serhedini_hasarla_baglamaq_niyyetindedir-882724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR