​"Gürcü arzusu"nun milyader lideri kasıblayıb

​"Gürcü arzusu"nun milyader lideri kasıblayıb
16:57 29 Sentyabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Gürcüstanın keçmiş baş naziri, "Forbes"in siyahısında ölkəsinin yeganə nümayəndəsi Bidzina İvanişvili dünyanın ən varlı adamları sırasında mövqeyini itirib.
"Report" xəbər verir ki,bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Xəbərə görə, 2014-cü ildə və 2015-ci ilin ilk 8 ayında B.İvanişvilinin var-dövləti 5,2 milyard dollar olub. Bununla belə o, "Forbes"-in reytinq siyahısında 270-ci yerdən 290-cı yerə düşüb.
Məlumata görə, B.İvanişvilinin ən yüksək göstəricisi 2008-ci ildə qeydə alınıb və 6,4 milyard dollarlıq var-dövlətlə 143-cü yerdə olub. Gürcüstanlı milyarder ilk dəfə 3,9 milyard dollarlıq varidatı ilə 173 -cü yeri tutub.
Qeyd edək ki, 2012-ci ildə Bidzina İvanişvili tərəfindən "Gürcü arzusu" adlı koalisiya formalaşdırılıb. Həmin il bu blok parlament seçkilərində qələbə qazanaraq, hakimyyətə gəlib. 2012-ci il oktyabrın 25-dən 2013-cü il noyabrın 20-dək adı çəkilən milyader Gürcüstanın baş naziri olub.
B.İvanişvili 2013-cü ildə siyasətdən getdiyini və qeyri-hökumət sektorunda fəaliyyətini davam etdirəcəyini bildirmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcu-arzusu-nun-milyader-lideri-kasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR