Kanadalı müğənni Castin Biberin, deyəsən, yeni sevgilisi var. 21 yaşlı müğənni Bora-Bora kurortunda britaniyalı vizajist, bloqer və model Ceydi Pirslə birlikdə istirahət edib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 20 yaşlı Ceydi Pirs 7 il əvvəl məşhurlaşmışdı. 13 yaşlı Ceydini populyar edən onun vizaj məharəti idi.
Castin və Ceydini media mənsubları ilk dəfə may ayında görmüşdülər. Onlar ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Billboard Music Awards" mükafatlarının təqdimat mərasiminə qatılmışdılar. Daha sonra Castin Biber və Ceydi Pirs Beverli-Hillzə yollanmışdılar.
Milli.Az










