Müğənni Bülənt Ərsoya bənzərliyi ilə diqqət çəkən İtaliyanın məşhur sirk ustası və aktrisası Moira Orfei dünyasını dəyişib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ölkəsində "Sirklər kraliçası" adlandırılan Moira 84 yaşında həyatla vidalaşıb. Atası Rikardo Orfeinin 1965-ci ildə əsasını qoyduğu məşhur "Moira Orfei Sirki" "Qızıl kloun mükafatı" alan ilk sirk olub.
Moira dünyanın bir çox ölkəsinə qastrol səfərləri edib.
O, özünü aktrisa kimi də sınayıb. 40-dan çox komediya filmində çəkilib.
Milli.Az