Mədəniyyət nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə "Azərbaycan" kinoteatrını özəl bir qurum söküb və tarixi abidənin taleyinin nazirliyə heç bir aidiyyatı olmadığı üçün bu barədə məlumatlı olmadığını deyib.

“Azərbaycan” kinoteatrı
Kinoteatrın taleyi ilə bağlı Azərbaycanın əməkdar incəsənət xadimi şeyx Əbdül Mahmudov ANS PRESS-ə danışıb. O, kinoteatrın dəqiq kimin tərəfindən söküldüyünü bilmədiyini deyib. Kinorejissor qeyd edib ki, Rüstəm İbrahimbəyovun sədr olduğu vaxtda kinoteatr müqavilə yolu ilə özəl şirkətə təmirə verilmişdi. Onun sözlərinə görə, kinoteatr köhnə bina olduğu üçün orada aşınmalar və su sızmaları olub.

"Azərbaycan" kinoteatrı bərpa olunacaq. Gələcəkdə tarixi abidə ən müasir tələblərə cavab verən çox gözəl kinoteatr olacaq. Hansı ki, istirahət yeri olacaq və gecəsi-gündüzü nəzərə alınacaq”, deyə Əbdül Mahmudov bildirib.
Rejissor qeyd edib ki, kinoteatrda olan əşyalar, texnika avadanqlıqları artıq müasir tələblərə cavab vermədiyi üçün kinoarxivdə saxlanılır.

2011-ci ildə məlumat yayılıb ki , Bakıda fəaliyyət göstərən "Azərbaycan" kinoteatrı bağlanır. Bu barədə kinoteatrın rəsmi saytında elan yerləşdirilib:
"Bağlanmayla əlaqədar "Azərbaycan" kinoteatrı film proyektoru avadanlığı və oturacaqların, həmçinin ofis təchizatının və mebelin, istilik və havalandırma sistemlərinin, barlar üçün avadanlıqlarının satmasını elan edir", - deyə saytda bildirilib.

Şeyx Əbdül Mahmudov