Aktrisa və müğənni Selena Qomes İngilis pop qrupu "One Direction"ın 22 yaşlı pakistanlı üzvü Zayn Maliklə sevgili ola biləcəyini deyib.
Milli.Az mtvnews-a istinadən xəbər verir ki, aktrisa və müğənni Selena Qomes bu yaxınlarda məşhur Amerika stili jurnalına müsahibə verib.
Jurnalın üz qabığındakı şəkli ilə diqqətləri cəlb edən müğənni şəxsi həyatı haqqında danışıb:
"Mən bəzən istəyirəm ki, 16 yaşında kimi olum, çünki özümdən yaşca böyük oğlanlardan xoşum gəlir. Baxmayaraq ki, Castin Biber məndən yaşca balaca idi".
Müsahibə əsnasında Selenanın Zayn Malikdən xoşlandığı məlum olub. Jurnalistin "Sevgili olmağı düşünürsüz" sualına "Bəli, əgər mənə sevgili olmağı təklif etsə, razı olaram" deyən gənc müğənni Taylor Sviftlə olan münasibətləri barədə də danışıb.
Milli.Az