​Dağıstanın DİN başçısı: "Suriyada terrorçuların sırasında 900-ə yaxın dağıstanlı döyüşür"

​Dağıstanın DİN başçısı: "Suriyada terrorçuların sırasında 900-ə yaxın dağıstanlı döyüşür"
14:27 10 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ "Dağıstanın 900-ə yaxın sakini Suriyada terrorçuların sıralarında döyüşür".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Dağıstanın daxili işlər naziri Əbdürəşid Məhəmmədov Dağıstan Universitetinin tələbələri ilə görüşdə bildirib.
Nazir qeyd edib ki, bu günə olan məlumata əsasən, Suriyadakı cinayətkar dəstələrin sırasında 900-ə yaxın dağıstanlı var: "Onların bəziləri ailələrini, azyaşlı uşaqlarını özləri ilə aparıb. Həmin şəxslər barəsində federal axtarış elan olunub".
Ə.Məhəmmədov respublika ərazisində ciddi cinayətkar dəstələrin gizli fəaliyyət göstərdiyini də söyləyib: "Əsas gərginlik ocaqları Cənubi Dağıstanın Şamil, Xunax, Qunib, Tsumadin və Tsntin dağlıq rayonlarındadır".

Xəbərin orijinal ünvanı: http://report.az/region/dagiqtsanin-di-n-bascisi-suriyada-terrorcularin-sirasinda-900-e-yaxin-dagistanli

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR