Ceyhun Məmmədova ad günündə - gözlənilməz dəyərli hədiyyə - FOTO VİDEO

Tanınmış parodiyaçı Ceyhun Məmmədov 26 yaşını qeyd edib.

Metbuat.az-in məlumatına görə, Ceyhun 26 yaşını paytaxtın əyləncə mərkəzlərindən birində birində qeyd edib. Ceyhunun ad günündə Azərbaycanın məşhurları Mətanət Əsədova, Sevda Kazımova, əməkdar artisti, müğənni Ruhəngiz Musəvi, Aytac Vidadiqızı, muğam ifaçısı Könül Məmmədli və başqaları iştirak ediblər. Tanınmış dostları parodiyaçıya müxtəlif hədiyyələr veriblər. Ceyhun ən gözlənilməz hədiyyəni isə adını açıqlamamaq istəmədiyi bir nəfər tərəfindən alıb. Həmin şəxs, Ceyhuna ad günü hədiyyəsi olaraq isə 20.000 manat dəyərində olan MAZDA CX9 avtomobil bağışlayıb.

Parodiyaçı yeni maşınının fotosunu İnstaqram səhifəsində paylaşaraq “Baxın, mənim yeni “atım” şərhini yazıb. 








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR