​ATƏT PA-nın növbəti sessiyası Tbilisidə keçiriləcək

​ATƏT PA-nın növbəti sessiyası Tbilisidə keçiriləcək
14:02 18 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının 25-ci sessiyası gələn il iyulun 1-dən 5-dək Gürcüstan paytaxtı Tbilisidə keçiriləcək.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu hökumətin iclasında ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.
Məlumata görə, sessiyada 57 ölkədən 700-ə yaxın deputat iştirak edəcək.
Qeyd edək ki, ATƏT PA-nın sessiyası hər ilin iyulunda keçirilir.
Xatırladaq ki, qurumun 23-cü sessiyası 2014-cü ilin iyulunda Bakıda keçirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/atet-pa-nin-sessiyasi-tbiliside-kecirile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR