Məşhur kanadalı müğənni Castin Biberin dediyinə görə, Hollivud ulduzu, aktyor Stiven Bolduinin qızı Heyli ilə, sadəcə, dostdur. Buna rəğmən Biber Heyli ilə öpüşdüyü anın fotosunu İnstaqram-da paylaşıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Helen Bolduin Anqilya adasında Castin Biber, onun atası, ögey anası, qardaşı, bacısı, nənəsi və babası ilə birlikdə istirahət edib.
21 yaşlı Castin Biber "Bert Show"da olayla bağlı sualları cavablayanda yenə də Helen Bolduinlə dost olduqlarını təkrarlayıb. Onun sözlərinə görə, sabiq sevgilisi Selena Qomesin "Hands To Myself" mahnısının klipinə baxıb.
Klipdə çılpaq Selena Qomes model Kristofer Meysonla yataqda qucaqlaşıb öpüşür.
"Selenanın bu səhnəni mənə acıq vermək üçün qəsdən etdiyini düşünmürəm. Klipdir, oyundur. Selena ilə münasibətlərimiz normaldır", - Castin Biber söyləyib.
Milli.Az