"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Liviyada 4 nəfərin edam olunduğu anların əks olunduğu videonu sosial şəbəkələrdə müğənni Castin Biberin adının yazıldığı heşteqlə yayıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, terrorçular dəhşətli edam videosuna mümkün qədər çox baxılması üçün 21 yaşlı kanadalı müğənninin adından yararlanıblar.
Biberin milyonlarla pərəstişkarı, sadəcə Twitter-dəki profilinin 74 milyon daimi təqibçisi var.

İŞİD indiyədək C.Biberi dəfələrlə hədələyib. Biber də profilində terrorçuları ələ salaraq yazıb: "Nədir, indi qorxmalıyam?"
Milli.Az












