A–
Bakı, 3 mart, AZƏRTAC
Mərkəzi Bankın elektron nəşri olan "Tədqiqat bülleteni"nin 2015-ci il üzrə üçüncü nömrəsi hazırlanıb və Bankın internet səhifəsində yerləşdirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, bülletendə 2015-ci ildə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin və qlobal bazarlarda vəziyyətin icmalı verilib. Burada, həmçinin qlobal maliyyə böhranından sonrakı dövrdə mərkəzi bankların makromaliyyə modelləşdirməsi təcrübəsi, iqtisadi inkişafı sürətləndirmək üçün aparılan islahat təcrübəsi və qlobal maliyyə sistemləri üzrə son tədqiqatların nəticələri öz əksini tapıb.
Bülletenin maliyyə savadlılığı bölməsində əmək miqrantları üçün maliyyə savadlılığının rolu təhlil edilib. Budəfəki nömrənin iqtisadi sözlük bölməsində isə tədiyyə balansı ilə məzənnə arasında əlaqə, həmçinin müxtəlif məzənnə rejimlərində mərkəzi bankların fəaliyyətinə dair, fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda 2015-ci ilin IV rübündə aparılan tədqiqat işlərinə dair məlumat verilib.
Tədqiqat bülleteninin linki.
AZERTAG.AZ :Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin 2015-ci il üzrə üçüncü nömrəsi hazırlanıb