Görkəmli dövlət və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi, Milli İstiqlal Hərəkatının başçısı Məhəmməd Əmin Rəsulzadənin ölümündən 60 il keçir.
Axşam.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M. Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir.
1902-ci ildə on yeddi yaşında olan M. Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir.
M. Ə. Rəsulzadə ədəbi yaradıcılıqla da məşğul olmuş, "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində çap edilib. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu “Fyuzat”, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunub.
Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olub. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "Türk-rus və rus-türk lüğəti" kitabına naşirlin edib. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə tərcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirib.
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M. Ə. Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı. Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncam imzalamışdı.
Məhəmməd Əmin Rəsulzadənin ölümündən 61 il keçir
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Saçını boyadıb reklama çəkildi: 30 milyon alacaq - FOTO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Zəfərimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir - Ceyhun Məmmədov
Bu gün
·
16:01
Şimali Kipr Azərbaycanı təbrik etdi
Bu gün
·
15:42
Bayram günlərində "Bakmil"in qrafiki dəyişəcək?
Bu gün
·
15:27
Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
Bu gün
·
15:12
Şuşada Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilir
Bu gün
·
14:57
Məktəblilər Zəfər Gününü belə qeyd etdilər - VİDEO
Bu gün
·
14:53
Ərdoğanın Şuşada qarşılanma mərasimindən VİDEO
Bu gün
·
14:48
Ukrayna səfiri Azərbaycan xalqını təbrik etdi
Bu gün
·
14:44
Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olundu - FOTO
Bu gün
·
14:31
Azərbaycanın regional gücə çevrilməsində tarixi Zəfərin rolu - RƏY
Bu gün
·
14:20
Ərdoğan Azərbaycana rəsmi səfərə gəldi - FOTO
Bu gün
·
14:06
“Sabah” “Şamaxı”nı, “İmişli” “Sumqayıt”ı qəbul edəcək
Bu gün
·
14:02
MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi
Bu gün
·
13:34
İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi
Bu gün
·
13:20
Noyabrın 9-da Bakıda leysan olacaq
Bu gün
·
13:16