“Həyat yoldaşım deyir ki, gərək bütün işlərə gedəsən, uşaqlarına da diqqət elə”

Xalq artisti Gülyanaq Məmmədova “Region TV”də yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar verib.

Sevilən sənətçi keçmiş, çətin günlərini belə xatırlayıb: “Məni istəmədiyim birisinə vermək istəyəndə az qalırdı intihar edim. Dedim, mən oxumaq istəyirəm, ölürəm oxumaq üçün, mənə imkan verin, oxuyum, imtahan vermişəm. Hətta evdən də qaçdım. Amma bacım Gülyazın xəbəri var idi qaçmağımdan, dedim, narahat olmayın, sağ-salamatam. Amma qorxurdum üzə çıxmağa ki, təzədən məni geri qaytarıb ərə verəcəklər. Gülyaz mənə dəstək oldu ki, arxayın ol, atamgil deyirlər ki, onu geri qaytarmayacağıq, oxusun. Arzularıma çatmaq üçün yolda ağlaya-ağlaya Bakıya gəlmişəm”.

Xalq artisti iş çoxluğundan ailəsinə yetərincə vaxt ayıra bilmədiyini də etiraf edib:

“Uşaqlarımı axşamdan-axşama görürəm, ya da günorta yeməyinə evə gedəndə. Mən övladlarımla nəfəs alıram. Özüm yetərincə vaxt ayıra bilməsəm də, sevinirəm ki, ailəsini sevən, mən olmayanda onlara qayğı göstərən ataları var. Amma bəzən o da yorulur. Arada deyir ki, gərək bütün işlərə gedəsən, uşaqlarına da diqqət elə. “Xalq artisti” adını alanda ilk həyat yoldaşım təbrik etdi”.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

"Üzə çıxmağa qorxurdum ki, təzədən ərə verəcəklər" - VİDEOфото