Axşam.az-ın məlumatına görə, müğənni keçmiş, çətin günlərini belə xatırlayıb:
“Məni sevmədiyim birinə ərə vermək istəyirdilər. Az qalırdı intihar edim. Dedim, ölürəm oxumaq üçün, mənə imkan verin. Hətta evdən də qaçdım. Bacım Gülyazın qaçmağımdan xəbəri var idi. Evə qayıtmağa qorxurdum ki, ərə verəcəklər. Gülyaz mənə dəstək oldu".
G.Məmmədova iş çoxluğundan ailəsinə yetərincə vaxt ayıra bilmədiyini də etiraf edib:
“Uşaqlarımı axşamlar görürəm, ya da günorta yeməyində. Övladlarımla nəfəs alıram. Özüm yetərincə vaxt ayıra bilməsəm də, sevinirəm ki, ailəsini sevən, mən olmayanda onlara qayğı göstərən ataları var. Amma bəzən o da yorulur. Arada deyir ki, gərək bütün işlərə gedəsən? Uşaqlarına da diqqət elə".