Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanın ondan küsdüyünü etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “10-dan sonra” verilişində övladının ondan avtomobil istədiyini bildirib:

“Aramızda çox inciklik, küsmələr olub. Bu yaxınlarda da məndən küsmüşdü. Maşın istəyir, mən də icazə vermirəm. O da inciyib. Amma mənsiz nəfəs ala bilməz, ona görə tez barışırıq”.

İfaçı oğlunu evləndirmək istədyini söyləyib:

“Ona xanım axtarıram. Namizədlər çoxdur, seçirəm. Onlar arasında sənətdə olanları da var, başqa peşədə çalışanları da”.

G.Məmmədovanın oğlu anasından küsməsi ilə bağlı suallara “Mən anamdan ancaq 2 dəqiqə küsülü qala bilərəm" cavabını verib.