Keçmiş sevgililər, amerikalı müğənni və aktrisa Selena Qomes ilə kanadalı müğənni Castin Biber sosial şəbəkələrdə "müharibə"yə başlayıblar.
Milli.Az TMZ-yə istinadən bildirir ki, səbəb Castin Biberin İnstagram profilində paylaşdığı fotolardır.
Castin Biberin İnstagram profili onun yeni sevgilisi, 17 yaşlı model Sofiya Riçinin fotoları ilə doludur.
Fanatları bunu bəyənməyiblər və müğənnini tənqid edərək "O sənə yaraşmır", "Sofiya gözəl deyil", "Siz bir-birinizə uyğun deyilsiniz" yazıblar.
22 yaşlı Castin Biber bütün fanatlarına cavab verib: "Mənə nifrət dolu şərhlər yazmaqdan əl çəkməsəniz, İnstagram-dakı profilimi bağlayacağam. Bu, artıq nəzarətdən çıxır. Əgər həqiqətən də fanatlarımsınızsa, onda bəyəndiyim insanlara qarşı qəddar olmamalısınız".

24 yaşlı Selena Qomes dözməyib və Sofiya Riçinin fotolarından birinə belə şərh yazıb: "Castin, əgər şərhlərdən xoşun gəlmirsə, məşuqənin fotolarını paylaşmağa son qoy. Bu hisslər əlahiddə olmalıdır, yalnız sizin aranızda olmalıdır. Fanatlara sinirlənməyə dəyməz, onlar səni sevirlər".

Castin də bu şərhi cavabsız qoymayıb: "Məndən özünə diqqət cəlb etmək üçün istifadə edən və bu əməllərini hələ də davam etdirən insanları müşahidə etmək maraqlıdır. Burada mənfi şərhlər alan tək mən deyiləm. Ümid edirəm ki, hamınız dostlarıma, bir-birinizə qarşı şəfqətli olacaqsınız. Hə, mən beliberlərimi sevirəm".

Selena Qomes bu şərhə cavab yazmayıb, əvəzində öz şəkilləri və fanatlarla çəkdirdiyi fotolardan ibarət kollajı paylaşıb.

Milli.Az

Castin Biberlə Selena Qomes İnstagram "müharibə"sinə başladılar - FOTO