ATV-də yayımlanan "10-dan sonra" verilişi bu gün mövsüm açılışını qeyd edib. Verilişin bugünkü qonaqları xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalardır.
Qeyd edək ki, Gülyaz və Gülyanaq bacıları verilişə bacı, qardaş və bacılarının övladları ilə qatılıblar.
Gülyaz və Gülyanaq Məmmədovalar valideynlərinə 55 ildən sonra toy etdiklərini bildiriblər: "Atam anamı qaçırıb. Ona görə də toy etmədilər. 55 illərində qızıl toy etdik. Atamın 80, anamın isə 70 yaşı var".
Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az






