Gülyaz Məmmədova "Şahsənəm" olacaq

Gülyaz Məmmədova "Şahsənəm" olacaq
16:16 18 Oktyabr 2016
79 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tamaşada baş rollarda xalq artisti Gülyaz Məmmədova (Şahsənəm) və əməkdar artist İlkin Əhmədov (aşıq Qərib) çıxış edəcəklər.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət Xadimi Hafiz Quliyev, baletmeysteri xalq artisti Qəmər Almaszadə, quruluşçu rəssamı əməkdar incəsənət xadimi Əyyub Fətəliyev, dirijoru əməkdar Sevil Hacıyevadır.

Səhnə əsərində digər partiyaları əməkdar artist Sabir Əliyev, solistlər Rafiq Abbasov, Laləzar Xəlilzadə, Səbinə Vahabzadə, İsmayıl Əkbərov və digərləri ifa edəcəklər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR