Ərdoğan ABŞ-ın yeni prezidentiylə görüşəcək

Ərdoğan ABŞ-ın yeni prezidentiylə görüşəcək
18:22 9 Noyabr 2016
261 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüşəcək.

Milli.Az-ın qaqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə prezidentin sözçüsü İbrahim Kalın canlı yayımda çıxışı zamanı bildirib.

"Cənab Trampı təbrik edirik. Çox çətin bir kampaniyadan sonra ABŞ-ın 45-ci prezidenti seçildi. Təbii ki, Amerika xalqının seçiminə hörmətimiz var", - İ.Kalın söyləyib.

O, həmçinin qeyd edib ki, R.T.Ərdoğan ABŞ-ın yeni prezidentini telefonla zəng edərək təbrik edib və tərəflər yanvar-fevral aylarında görüşməyi planlaşdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR