Avropa İttifaqının 2017-ci il üçün büdcəsi təsdiqlənib

Avropa İttifaqının 2017-ci il üçün büdcəsi təsdiqlənib
16:02 28 Noyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Avropa İttifaqı Şurası 2017-ci il üçün Avropa İttifaqının (Aİ) büdcəsini 157,88 milyard avro məbləğində təsdiqləyib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"2017-ci ilin büdcəsi gələcəyin planıdır. Büdcə 157,88 milyard dollar təşkil edəcək. O, icmanın miqrasiya, onun kökündəki problemlərlə mübarizə, Avropa iqtisadiyyatını stimullaşdırmaq üçün investisiyalı dəstək, gənclərin tədrisi və məşğulluğu kimi prioritet problemlərinin həllinə istiqamətlənəcək", - Avropa İttifaqı Şurasının mətbuat xidmətindən bildirilib.
Eyni zamanda, miqrasiya ilə bağlı problemləri həll etmək üçün büdcəyə 6 milyard avro, iqtisadi artımın stimullaşdırılması üçün isə 21,3 milyard avro ayırıldığı məlum olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ai-2017-ci-ilin-budcesini-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR