Premyer Liqa klubları "birincilər"ə yerini göstərdi - YENİLƏNİB

Premyer Liqa klubları "birincilər"ə yerini göstərdi - YENİLƏNİB
19:22 3 Dekabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin son 4 oyunu keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutan qarşılaşmalar son 1/4 finalçıların adlarına aydınlıq gəlib.

Topaz Premyer Liqası klublarının I divizion təmsilçiləri ilə duellərinin ikinci günü də "birincilər" üçün uğursuz alınıb. Bütün cütlərdə elita klubları qalib gəlib.

"Kəpəz" "Şahdağ"la səfər, "Qarabağ" "Səbail"lə ev oyununda rəqibini darmadağın edib. Hər iki komanda rəqib qapısına 5 qol vursa da gəncəlilər 1 top buraxıb.

Digər iki qarşılaşmada aşağı liqa komandaları müqavimət göstərə bilib. "Turan-Tovuz" "Zirə" ilə ev matçının yalnız sonlarında həlledici qolu buraxıb. "Zaqatala" isə Qəbələ səfərində eyniadlı komandayla görüşü penaltilər seriyasınadək daşıyıb. Lakin bu "lotereya"da təcrübəli meydan sahibləri qalib gəlib.

Azərbaycan kuboku

1/8 final

3 dekabr (şənbə)

"Turan Tovuz" - "Zirə" - 0:1

Qol: Aleksandr Şemonayev, 80

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Tovuz şəhər stadionu

"Turan Tovuz": 12. Natiq Səhrətov (k), 14. Nodar Məmmədov, 18. Orxan Lalayev, 3. Əlimirzə Daşzərini, 2. Sənan Qocayev, 5. Azər Məmmədov, 4. Səbayıl Bağırov, 17. Rəhman Musayev, 30. Vüqar Asəliyev, 7. Elmin Çobanov, 8. Aqşin Muxtaroğlu

Ehtiyat oyunçular: 1. Mehman Hacıyev, 9. İlkin Sadıqov, 6. Emin Mirzəliyev, 11. İlkin Rzayev, 22. Tuqay Alhüseynli, 20. Elnur Soltanlı, 15. Seymur Tağıyev

Baş məşqçi: Əsgər Abdullayev

"Zirə": 85. Kamal Bayramov, 18. Tural Cəlilov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 92. Cavid Tağıyev, 7. Gerhard Proqni

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 96. Elgün Nəbiyev, 55. Cəmil Hacıyev, 38. İlkin Muradov

Baş məşqçi: Adil Şükürov

"Şahdağ" - "Kəpəz" - 1:5

Qollar: Haqverdi Həsənov, 78 - Orxan Əliyev, 10, Şəhriyar Rəhimov, 12, Tural Qürbətov, 31, Tural Rzayev, 51, Ceyhun Cavadov, 87

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Bayıl Arena"

"Şahdağ": 16. Adil Əliməmmədov, 3. Elnur Şiriyev, 15. Firudin Ağalarov, 9. Arsen Korçayev, 6. Maqomedsaid Maqomedov, 12. Haqverdi Həsənov, 10. Elmar Yəhyabəyov (k), 21. Kamil Nurəhmədov, 22. Habil Nurəhmədov, 17. Elmin İsmayılzadə, 9. Ramil Mansurov

Ehtiyat oyunçular: 26. Seymur Aşurbəyov, 18. Nəbi Nəbizadə, 19. Elçin Sədullayev, 4. Osman Osmanov, 11. Kamran Nurəhmədov

Məşqçi: Mehman Rəcəbov

"Kəpəz": 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 7. Vüqar Bəybalayev, 13. Şəhriyar Rəhimov, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 17. Nicat Qurbanov, 80. Tural Rzayev, 9. Tural Qürbətov

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Tural Axundov, 77. Serjio Kosta, 90. Julien Ebah, 99. Əli Səmədov, 4. Qaraxan Əliyev, 14. Fərid Məmmədov

Baş məşqçi: Şahin Diniyev

"Qəbələ" - "Zaqatala" - 2:2, pen.4:1

Qollar: Voislav Stankoviç, 12, Rəşad Eyubov, 45+1 - Sərxan Abdullayev, 32, Oruc Balaşlı, 64

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov 
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

"Qəbələ": 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 7. Nika Kvekveskiri, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov (k), 27. Teo Uiks, 30. Petar Franyiç, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 21. Roman Hüseynov, 70. Fərid Nəbiyev

Baş məşqçi: Roman Qriqorçuk

"Zaqatala": 1. Amil Ağacanov, 4. Kənan Müslümov, 3. Roini İsmayılov, 18. Elçin Süleymanov, 16. Ruslan Tağızadə, 5. Vadim Abdullayev, 8. Hacı Əhmədov (k), 2. Sərxan Abdullayev, 19. Cavad Kazımov, 10. Arzuman Nəsibov, 25. Oruc Balaşlı

Ehtiyat oyunçular: 12. Rəşad Əhmədov, 17. Rüstəm Məmmədov, 14. Elmir Sulxayev, 11. Yusif Dilanov, 6. Məhəmməd Babazadə, 13. Rəhman Şabanov, 9. Osman Qurbanov

Baş məşqçi: Şaban Şirdanov

"Qarabağ" - "Səbail" - 5:0

Qollar: Dino Ndlovu, 21, 53, Dani Kintana, 33, Miçel, 55, Coşqun Diniyev, 81

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov 
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
"Azərsun Arena"

"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 99. Dani Kintana

Ehtiyat oyunçular: 64. Emil Balayev, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 22. Əfran İsmayılov, 23. Elgün Uluxanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

"Səbail": 13. Əli Həsənli, 4. Ruslan Cəfərov, 5. Taleh Babayev, 7. Orxan Səfiyaroğlu, 9. Elvin Adışirinli, 10. Fərid Səmədzadə, 11. Bəxtiyar Məsiməliyev, 14. Anar Babayev, 17. Ramazan Abbasov (k), 21. Xəyal Quliyev, 77. Təyyar Məmmədov

Ehtiyat oyunçular: 25. Nurlan Quluzadə, 8. Kənan Manafov, 22. Fərman Qənbərov, 42. Fərid Əsədov, 48. Rəsul Babazadə, 91. Bayram Budaqov, 97. Vüsal Əliyev

Baş məşqçi: Elman Sultanov

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR