İddialara görə, Selena Qomez 2014-cü ildə, Castin Biberlə birlikdə olduğu dövrdə müğənni Zeyn Malik ilə bir gecəlik münasibətdə oldub.

Milli.Az Posta-ya istinadən xatırladır ki, keçmiş sevgililər ayrılığın səbəbini heç bir zaman açıqlamamışdılar. Ancaq ayrılıqdan sonra Selena və Castin davamlı olaraq İnstaqramda bir-birlərini tənqid edirdilər. Məşhur cütlüyün ayrılıq həqiqətlərini də İnstaqram ortaya çıxarıb.

Belə ki, Castin Biber İnstaqram-da Selena Qomezə "Bəli, səninlə Zeyn arasında olanları unutdum. Aldadıldım" deyib.

Xatırladaq ki, Biberdən ayrıldıqdan sonra depressiyaya düşən Qomez ötən yaydan bəri müalicə alır.

Amerikalı müğənni Selena Qomez 2014-cü ildə 4 illik sevgilisi Castin Biberdən ayrılıb.

Təhməz Təkin
Milli.Az