Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşəcəyi tarix açıqlanıb

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşəcəyi tarix açıqlanıb
11:52 23 Dekabr 2016
150 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanda görüşəcək.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.
Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrov və onların iranlı hıəmkarı Məhəmmədcavd Zərifin Suriyanın gələcyi ilə bağlı dekabrın 20-də Moskvada razılaşma əldə ediblər. Diplomat bildirib ki, üç ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani yanvarın ortalarında Astanada görüşəcək və həmin anlaşmanı müzakirə edəcəklər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/receb-tayyib-erdoganla-vladimir-putinin-goruseceyi-tarix-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR