Model Adriana Lima İsveçrədə bir moda nümayişinə qatılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 35 yaşlı model əvvəl ağ geyimdə fotokameralar qarşısına çıxıb.
Daha sonra o, markalardan birinin təşkil etdiyi ziyafətə qatılıb. Braziliyalı gözəl burada da uzun, yırtmaclı libası ilə diqqət çəkib. Cenevrədə baş tutan qonaqlıqda hər kəsin gözü onda olub. Modelin "Formula 1" pilotu Lyus Hamiltonla yanaşı görünməsi də maraqla qarşılanıb.
Milli.Az







