Minessota Universitetinin (ABŞ) alimləri çox maraqlı eksperiment aparıblar. Onlar pul saymağın insanın sağlamlığına və əhvalına olan təsirini araşdırıblar.

Araşdırma göstərib ki, pul saymaq stresi azaldır, əhvalı və beyin qan dövranını yaxşılaşdırır.

Sözügedən məsələylə bağlı, nevropatoloq Aygün Məmmədova Metbuat.az-a açıqlamasında bildirib ki, pulun çoxluğu insanda müsbət emosiya yaradır, bu da qan dövranının yaxşılaşmasına, ağrıların azalmasına səbəb olur.

Söhbət həm kağız, həm də qəpik puldan gedir. Pulu sayarkən barmaqların hərəkətləri beyinin fəaliyyətinə müsbət təsir edir, onu stimullaşdırır. Lakin həkimlər xəbərdarlıq edir ki, pul ən çirkli əşyalardan biridir. Onların üzərində 200-ə yaxın müxtəlif zərərli mikrob var.

Aysel Yaqubqızı / Metbuat.az