x
Loading...

Hər bir kişinin təsbehi olmalıdır

Alimlər təsbeh çevirmənin insanın sağlamlığına müsbət təsir etdiyini aşkar edib.

Məsələ ilə bağlı nevropatoloq Aygün Məmmədova Metbuat.az-a açıqlamasında deyib ki, təsbeh çevirərkən əl barmaqları daim hərəkət edir, bu da beyində müxtəlif ocaqların, müəyyən mərkəzlərin funksiyasını fəallaşdırır.

"Təsbeh çevirmək beyni sakitləşdirir. İnsan rahatlaşır, çünki barmaqların ucundan verilən impulslar beynin mərkəzlərini işlədir. Beyin mərkəzlərində qıcıqlanma gedir və sinir boyunca mediatorları artıraraq beyində impulsların normallaşmasını təmin edir. İnsanın əsəb sistemini sakitləşdirir".

Müasir tibb "təsbehlə terapiya"nı bir çox xəstəliklərin profilaktikası üçün effektli hesab edir.

Bununla bağlı psixoloq Sona Quliyeva qeyd edib ki, təsbehin insan psixologiyasına çoxlu faydası var. İnsan əsəbi, həyəcanlı olduğu zaman təsbeh çevirsə, bütün mənfi emosiyaları təsbehə keçəcək. Həmçinin, təsbeh çevirərkən barmaqların hərəkəti beynin fəaliyyətini stimullaşdırır, yaşlanmasını ləngidir.

Psixoloq əlavə edib ki, nəinki təsbeh, həmçinin əldə oynatdığınız qələm, rezin top və s. insanı sakitləşdirir.

Psixoloqların fikrinə görə, təsbeh siqaretdən imtina etməyə kömək edə bilər.

Alimlər təbii materiallardan (ağac, daş, sümük və s.) hazırlanmış təsbehdən istifadə etməyi tövsiyə edir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR