Play Store

"Anam və qayınanam olmayacaq" - Nazim Məmmədov - VİDEO - FOTO

"Anam və qayınanam olmayacaq" - Nazim Məmmədov - VİDEO - FOTO
12:05 18 May 2017
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı tanınmış bəstəkar Nazim Məmmədov olub.

Milli.Az xəbərt verir ki, doğum günündə sevinməklə yanaşı, həm də kövrələn bəstəkar Nazim Məmmədov ona yaxın olan hər kəsdən bir-bir doğum günü təbriki aldığını söyləyib:

"Həyat yoldaşım dünən soruşur ki, doğum günündü sevinirsən? Deyirəm, nəsə kövrəlirəm. Necə böyük insanlar, gözəl, dəyərli insanlar, hər kəsin sevib-seçdiyi ulduzlar, elm adamları, siyasət adamları, hansı ki insanlar üçün əlçatmaz olurlar bəzən, bax onlar mənə zəng edib, doğum günümü təbrik ediblər. İtirdiklərimlə qazandıqlarımı tərəziyə qoysaq, belə çıxır ki, 34 il ərzində mən atamı itirmişəm. Bu, ən sevmədiyim bir şeydir. Qazandıqlarımız çoxdur, sadəcə sual birbaşa məni elə yerə apardı ki. Şükr ailəm var, övladlarım var. Ən böyük nemət bunlardır. Bu illər ərzində çox uğurlarımız olub".

Bəstəkarın doğum günündə ilk təbrik isə həyat yoldaşı və övladlarından gəlib:

"Anaları ilə bərbər ikisi də tort bişiriblər. Mən də guya heç nəyi bilmirəm. Gətiriblər mahnı oxuya-oxuya. İlk təbrik həyat yoldaşım və uşaqlarımdan gəlib. Saat 00:04-də ilk təbriki mənim sevgili qardaşım Emil Bədəlovdan almışam. Ondan sonra mənə Natavan Həbibi, Abbas Bağırov, Röya zəng edib. Onlardan təbrik almışam. Doğma qardaşım zəng edib gecə. Elçin Cəfərov da gecə zəng etdi. Onu da ailəvi dəvət etmişik. Bu gün 3-4 nəfərdən ibarət kiçik bir məclis olacaq. Hətta anam və qayınanam da olmayacaq. İndi elə bir dövrdür ki, kiməsə əziyyət vemək istəmirsən. Səhhətimlə bağlı problemlərim çox oldu. Bir az ölümdən qorxdum. Hər dəfə biz deyirik ki, ölümdən qorxmuram. Ancaq yaxınlaşanda adam qorxur. Yalnız onu arzuladım ki, İlahi, möhlət ver, övladlarımı böyüdüm. Başqa heç nə".

Sonda isə şou-biznes nümayəndələri ilə işbirliyindən danışan bəstəkar, belə görünür ki, qızğın yaradıcılıq fəaliyyətindədir:

"Röya ilə işbirliyimiz var. "Qadın" albomunun prodüseri mənəm. Mənim illər öncə Səidə Sultan tərəfindən oxunmuş "Gəl" adlı mahnımı da Röya oxuyub bu alboma daxil edəcək. Texnki işlərin hamısı Türkiyədə gedir. Natavanla bir iş birliyimiz var. Eltonla da sözləri Səbuhi Rəcəbə aid olan gözəl bir mahnı üzərində çalışırıq. Xanəndə Eldəniz Məmədov da Hidayət Orucovun sözlərinə bəstələnmiş mənim mahnımı ifa edəcək. Emil Bədəlovla sürpriz bir duet də olacaq".

Nazim Məmmədov sənətçi dostlarına icmarış göndərməyi də unutmayıb:

"Bəziləri işin çoxluğundan, bəziləri işin azlığından, bəziləri artıq ulduzluqlarından, bəziləri bəstəkara pul vermək istəmədiklərindən studiyalardan kənar düşüblər. Ola bilər ki, biz dostluq xatirinə hansısa güzəşt edirik. Bu, bizim borcumuzdur. Ancaq pulsuz iş yoxdur. Hamı bilməlidir ki, siz gedib toydan pul qazanırsızsa, bəstəkar da bəstədən, studiyadan, aranjimandan pul qazanır. Çünki bizim də evimizdə balalarımız var. Onlar da böyüməlidirlər".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Anam və qayınanam olmayacaq" - Nazim Məmmədov


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/546000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR