Azərbaycanlı məşhur futbolçu Elhad Nəziri bir vaxtlar xalq artisti Aygün Kazımova ilə yayılan fotosundan və onunla "sevgi" münasibətlərindən danışıb.
Milli.Az unikal.org-a istinadən bildirir ki,onun dediyinə görə, Aygün Kazımovayla sevgili deyil, dostdur: "Xeyr, mən Aygün xanımla dost olmuşam. Başqa bir fikrim də olmayıb. Həmin üzüyü də mən ona ad günü ərəfəsində hədiyyə etmişdim".
Futbolçu Aygünlə hazırkı dostluq münasibətindən də söz açıb: "Görəndə salam-sağ ol... Aygün Kazımovadan başqa Musa Musayev, Tərana Qumral, Abbas Bağırov, Niyam Salami, meyxanaçı Vüqar və bir çox şou əhliylə yaxşı münasibətim var".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində