"Maşın" realiti şounun daha bir buraxılışı baş tutub. Lent.az-ın məlumatına görə, bu dəfə səs verməyə rəqqasə Oksana Rəsulova çıxıb. O, səs topladığı təqdirdə aparıcı Azər Zahid yarışmadan uzaqlaşdıracağını bildirib. Verilişin sonunda Oksana dediyi sözə əməl edib və səs toplayaraq, A.Zahidi verilişdən kənarlaşdırıb.
Xatırladaq ki, O.Rəsulova 65,61 faiz səs toplayıb.
Qeyd edək ki, hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova davam etdirir.