Dövlət qeydiyyatından keçən dini qurumların

Ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 105 dini icma dövlət qeydiyyatından keçib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, həmin dini icmalardan 101-i islam, 4-ü qeyri-islam təmayüllüdür.

Qeydiyyata alınmış dini qurumların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i islam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR