"Youtube" ulduzu Stivi Rayan 34 yaşında dünyasını dəyişib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, iyulun 1-də Los-Ancelesdəki evində intihar edib.
İntihar faktı meyitin müayinəsindən sonra üzə çıxıb.
Qeyd edək ki, Stivi Rayan "Youtube"da məşhur şəxsləri, o cümlədən Castin Biber, Kim Kardaşyan və Emi Uaynhausu parodiya etməklə məşhurlaşıb. O, eyni zamanda VH1 telekanalında "Stevie" adlı komediya şousunu aparıb.
Milli.Az