Sizə ürək ağrısı ilə bir lətifə danışım. (niyəsini deyəcəm)
"Bir gün Molla Nəsrəddin arvadı ilə toydan qayıdırmış. Arvadın varı-yoxu üstündəymiş. Quldurlar yolu kəsir. Yerdə bir cızıq çəkib deyirlər, Molla, ayağını bu cızıqdan kənara qoysan, özünü ölmüş bil. Xülasə, arvadın qızılını-gümüşünü, palını-paltarını soyub aparırlar, Mollanın səsi çıxmır. Onlar gedəndən sonra arvad özündən çıxır ki, sən nə təhər kişisən, məni lüt-üryan etdilər, səsini çıxarmadın. Molla deyir, arvad, xəbərin yoxdur, səni soyanların evini yıxmışam. Arvad qalır mat-məəttəl. Soruşur, a kişi, necə yıxdın evlərini? Molla deyir, arvad, sizin başınız qarışıq olanda düz üç dəfə ayağımı cızıqdan kənara çıxarıb geri qoymuşam.."
Gülmək gərək deyil, bugünki hadisələrin fonunda bu lətifəni yada salıb sadəcə ağlamaq lazımdır. Bu gün Zəhranın qisasını almaq üçün Sarkisyanın başına eşşək şəkli qoyuruq, üzündə qan işarəsi ilə "fotoşop" düzəldirik, nə bilim, cürbəcür fotomontajlar edirik. Ədəbiyyata töhfələr veririk. Guya bu yolla qisas alırıq.
Bu qisas deyil, hətta bu qisası aşağılamaqdır. Bu gün bizim Zəhra üçün etdiklərimiz mollanın ayağını cızıqdan kənara qoyması kimi bir şeydir.
Özümüzü aldatmamalıyıq. Bu gün Zəhranın atasının düşdüyü vəziyyətə sabah da biz düşə bilərik - evin cəbhəyanı bölgədə yerləşməsindən asılı olmayaraq.
Bu "dığa"lar ən sərt şəkildə cəzalandırılmalıdır.
Bu gün dünyanın dörd bir yanında terrorla mübarizə tədbirləri həyata keçirilir. Biz müharibəyə yox, anti-terror əməliyyatlarına başlamalıyıq.
Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır, elə isə bizim torpaqlarımıza soxulmuş terrorçulara qarşı tədbirlər görəcəyimiz halda, bizə hansı ölkə bir söz deyə biləcək?!
Qardaş Türkiyəni, Pakistanı da anti-teror tədbirlərinə yardım etməyə səsləməliyik.
Vətənimin şəhid Zəhrası Suriyadakı teror qurbanı olmuş bütün uşaqlardan daha çox ağrıdır məni.
Bizim nicat yerimiz heç nəyə yaramayan, ATƏT-in Minsk qrupu deyil. Bu qrupun adını “TURİST” qrupu qoymaq daha yaxşı olardı...
Mən Sarkisyanın başına eşşək şəkli qoyulmağının, üzünü qaraltmağın, şeirlər yazılmağının, hekayələr qoşulmağının və s. əleyhinə deyiləm. Bunlar lazımdır, amma bunlar anti-terror əməliyyatı ilə bir yerdə lazımdır. Yoxsa təkcə bunlar yenə də "Mollanın söhbəti"nə qayıdır.
Bir olmağın və düşmənlərin qarşısına dikilib, ermənilərə yüz qat ağır zərbə vurmağın vaxtıdır, yoxsa Zəhralarımız çox olacaq...
Montaj ilə qisas olmur, atam!
Həmçinin oxu
Bu yollarda tıxac var - SİYAHI
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 2 bürc üçün pul qapıları açılır - Böyük qazanc gəlir
Bu gün
·
20:42
Azərbaycan - Tacikistan matçına start verilib
Bu gün
·
20:38
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - Səfir
Bu gün
·
20:06
Mənzil almaq istəyənlərin nəzərinə
Bu gün
·
19:43
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış oldu
Bu gün
·
19:22
Əfv sərəncamının icrası başa çatıb
Bu gün
·
19:10
Bu yollarda tıxac var - SİYAHI
Bu gün
·
18:15
Bakının bu ərazisində böyük park salınır
Bu gün
·
17:40
“Qalatasaray”da 30 milyonluq kabus - Yenə zədələndi
Bu gün
·
17:32
Azərbaycan buğda idxalını artırıb
Bu gün
·
17:30
Əfv edilən yeganə qadın məhbus kimdir? - FOTO
Bu gün
·
17:22
“Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: İllik faiz 12%-dən başlayır
Bu gün
·
17:20
Yas olan evdə güzgüləri niyə örtürlər?
Bu gün
·
17:15
Anar Bayramov onlara vəzifə verdi
Bu gün
·
17:10
Bakıda 31 kiloqram narkotik aşkarlandı
Bu gün
·
17:01