Bu gün DÇ-2018-in seçmə mərhələsində 8-ci turun oyunları keçirilib.

Metbuat.az-ın məlumatına görə, C qrupunda mübarizə aparan milli komandamız da növbəti oyununa çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda San Marinonu qəbul edib.

Səfərdə keçirilən görüşdə rəqibini 1:0 hesabı ilə üstələyən millimiz, bu dəfə 5-1 hesablı qələbəyə sevinib.

4 sentyabr

DÇ-2018 seçmə mərhələsi

8-ci tur

C qrupu

Azərbaycan – San Marino - 5:1

Qollar: Əfran İsmayılov, 20, Araz Abdullayev, 25,Əfran İsmayılov,57, Mişel Cevoli (Avtoqol) 71,Mirko Palazzi, 74, Rəşad Sadıqov, 81,

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milutin Djukiç, Yovitsa Tatar

Bakı. 8-ci km stadionu